11 Oktyabr 2014 20:38
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov Mühafizə alayının komandanlığı və bölük komandirlərinin iştirakı ilə müşavirə keçirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, müşavirə Mühafizə alayının fəaliyyəti üzrə göstəricilərin yaxşılaşdırılması və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunub. Rəis müavini çıxış edərək xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Müşavirədən sonra N.Cəlilov xidmətə yeni başlayan gənc əsgərlərlə görüşüb.


Müəllif:

Oxşar xəbərlər