11 Oktyabr 2014 21:11
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Dövlət Bayrağı Meydanında “Bayrağımız - and yerimiz” layihəsinin icrasına başlayıb.

Həmin gün Bakının Xəzər rayonunun Ramana qəsəbəsində müvəqqəti məskunlaşmış Şuşa, Xocalı, Füzuli, Cəbrayıl və digər rayonlardan olan 30 məktəbli öz müəllimlərinin və Fondun əməkdaşlarının müşayiəti ilə Azərbaycanın dövlət himninin sədaları altında Dövlət bayrağının 162 metr hündürlüyə qaldırılması prosesini izləyib. Onlar Dövlət Bayrağı Meydanında “Mən azərbaycanlıyam” devizi ilə keçirilən aksiyada fəal iştirak ediblər.

Məktəblilər Dövlət Bayrağı Muzeyinə baxıb, ölkə paytaxtının mərkəzində aparılan quruculuq-abadlıq işləri ilə tanış olublar. Hər bir məktəbliyə Azərbaycan bayrağı hədiyyə edilib. Məktəblilər, həmçinin respublikamızın tanınmış mədəniyyət xadimləri ilə görüşüblər.

Teleqraf.com-un məlumatına görə, Fondun əməkdaşı İslam İslamzadə bildirib ki, yeni layihənin əsas məqsədi məktəblilərdə vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin tərbiyə olunması, hər bir müstəqil dövlətin əsas atributlarından biri olan bayrağın mahiyyəti barədə böyüməkdə olan nəsildə bitkin fikir formalaşdırılmasıdır. Ardıcıl olaraq respublikamızın müxtəlif guşələrindən məktəblilərin Dövlət Bayraq Meydanına ekskursiyaları təşkil olunacaq, inşa müsabiqələri, bilik yarışları, viktorinalar keçiriləcək, qaliblər mükafatlandırılacaq və ən yaxşı yazılar Fondun nəşrlərində, saytında yerləşdiriləcəkdir. Bundan əlavə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Fondda toplantı keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər