19 Avqust 2020 13:13
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejiminin qaydalarına rayon ərazisində riayət edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən qapalı məkanlarda karantin qaydalarının tələblərinə riayət etməyənlərə qarşı reyd keçirilib.

Reydlər zamanı maska və əlcəkdən istifadə etməyən satıcılar və müştərilərlə maarifləndirici səpkidə söhbətlər aparılıb.

Onlara koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükələr barədə məlumat verilib, karantin qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda qayda pozuntusuna yol vermiş 5 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.


Müəllif: Hacı Zeynalov