Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri postuna yeni təyinat olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 19-də bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Rafael Rza oğlu Əliyev Maliyyə naziri təyin edilib.
Qeyd edək ki, R.Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.