21 Avqust 2020 16:48
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.

Baş Prokurluğun Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 107 müraciət daxil olmuş, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Bundan başqa, sessiya zamanı işə qəbul olunma ilə bağlı suallar ətraflı cavablandırılıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də keçiriləcək.


Müəllif: Teleqraf.com