21 Avqust 2020 17:24
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 xəstələrinin 5-6 faizində ağırlaşmalar müşahidə edildi. Bu ağırlaşmış xəstələrin müalicəsi ilə ciddi məşğul olub onları həyata qaytarmağa çalışmışıq.

Teleqraf.com xəbər verir ki, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Dünya üzrə ölüm faizi fərqli rəqəmlərlə ifadə olunur. Fəaliyyətimizin 15 ili ərzində xəstələrin vəziyyətinin ağırlaşmasında rol oynayan başqa belə xəstəliklə qarşılaşmamışıq. Bu müddət ərzində əlimizdən gələni etmişik və nəticələr göz önündədir. Bizim nəticələrimiz dünyanın bir çox ölkəsi ilə müqayisədə bərabər, hətta onlardan daha öndədir".

O qeyd edib ki, pandemiya başladığı dövrdən etibarən ölkə xəstəxanalarında dövlət dəstəyi özünü büruzə verib:

"Bütün texniki baza və dərman vasitələri ilə ilk gündən təmin olunmuşuq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər