21 Avqust 2020 17:45
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun və iyul aylarında koronavirusa yoluxmalarda ölüm sayı artdı.

Teleqraf.com xəbər verir ki, bunu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, bunun səbəbi isə ölüm sayları nazirliyə gec təqdim olunması ilə bağlıdır: "Mart ayında dünyasını dəyişənlərin ölüm aktının qeydə alınması üçün Ədliyyə Nazirliyinə gec təqdim olunduğu üçün bu say iyun ayında qeydə alındı".

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov əlavə edib ki, bu gün virusa yoluxanlar arasında yanaşı xəstəliyi olanlar üstünlük təşkil edir: "Multiorqan çatışmazlığı zamanı ölüm halları artır. Biz təkcə koronavirus xəstəsini müalicə etmirik. Onların psixoloji vəziyyəti ilə maraqlanır, hətta maddi vəziyyətinə də dəstək oluruq. Koronavirus digər respirator xəstəliklərlə müqayisədə daha çox diqqət tələb edir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər