21 Avqust 2020 17:46
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızdırma, öskürək və halsızlıq koronavirusdan şübhələnməyə səbəb yaradan əsas əlamətlərdir.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Lakin məhz koronavirusa xas olan əlamət dadbilmə və iybilmənin itməsidir. Hətta bəzi ölkələrdə bu simptomları olan şəxsi koronavirus xəstəsi olaraq qeyd edirlər. Bu xüsusiyyətləri hiss edən şəxslərin həkimə müraciət etmələrini tövsiyə edirik. Lakin əlamətləri olmayanlar özlərini qorumaq üçün maska taxmalı və sosial məsafəyə riayət etməlidirlər".

TƏBİB-in xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, bu gün hər kəs özünü və başqalarını qorumaq üçün maskasını çıxarmamalıdır:

"Yoluxdurma riski az olsa da, asimptomatik xəstələr başqalarını yoluxdura bilər. Biz hər birimiz bunu başa düşməliyik. Sadəcə qaydalara riayət etdiyimiz zaman yumşalmalara getsək belə, yoluxmalarda artım müşahidə olunmaz".


Müəllif: Aysel Azad