Azərbaycan hər hansı ölkənin peyvənd hazırlamasını gözləmir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Azərbaycan peyvəndlərin istehsalı ilə məşğul olan təşkilatlarla birbaşa müzakirələr aparır və bu prosesdə aktiv iştirak edir. Peyvəndin istehsalı qısa müddət ərzində ərsəyə gəlmir.
Bizim üçün əsas məsələ peyvəndin əldə olunması yox, onun zərərsiz və faydalı olmasıdır. Peyvənd şəxslərdə virusa qarşı immunitet yaratmalıdır. Peyvənd təsdiqlənmədən onun tətbiqi mümkün deyil".