23 Avqust 2020 11:12
1 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri həyata keçirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Balakən rayon İcra Hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.

Karantin rejiminin tələblərinə riayət olunması məqsədilə Balakən rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə Katex kəndi ərazisində növbəti reyd keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin, polis şöbəsinin rəisi Mehman Əliyevin və digər idarə və təşkilatların rəhbərlərinin iştirak etdiyi reyd zamanı sakinlər tərəfindən karantin rejimi qaydalarına əməl olunması, ictimai nəqliyyatda tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb.

Həmçinin, xüsusi karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, istirahət məqsədilə rayona gələn şəxslərin aşkar olunması istiqamətində tədbirlər davam etdirilib.

Qaydaları pozanlar barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər