23 Avqust 2020 21:14
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr və Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, QMİ sədrinin birinci müavini, müfti Salman Musayev qəhrəman Vətən oğullarının xatirəsini yad etmək üçün ikinci Fəxri xiyabanda olublar.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin 40-cı anım günündə onların məzarları başında Vətənimizin bütün şəhidlərinin ruhları üçün Quran oxunub, Allahdan rəhmət dilənib və məzarları üzərinə tər çiçəklər düzülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər