Bakı Şəhər İcra Hakimiyyəti bu ilin payız-qış mövsümünə hazırlıqla bağlı apardığı ilkin yoxlamalar zamanı nöqsanlara yol verildiyini aşkarlayıb.
Bu barədə Teleqraf.com-a İcra Hakimiyyətindən məlumat verilib.
Mövsümə hazırlıqla bağlı keçirilən müşavirədə yol verilən nöqsanlara görə bəzi xidmət sahələrinin rəhbərləri ciddi xəbərdar edilib, çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Payız-qış mövsümündə şəhərin ərazisinə nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər müvafiq cavabdeh ərazilərə bölünərək hər bir ərazi üzrə məsul şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb, bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.