25 Avqust 2020 11:15
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Teleqraf.com-a Azərsu ASC-dən bildirilib.

Məlumata görə, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər