25 Avqust 2020 16:36
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın paytaxt yollarının birində Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı bilbord quraşdırılıb.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bildirib. Onun sözlərinə görə, sözügedən yol paytaxtın ən işlək yollarındadır:

"Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır! Braziliyanın paytaxtının ən məşğul, hava limanına gedən yol zolağında belə bir yazı. Gələn də görür gedən də. Braziliyada 100 mindən artıq erməni cəmi 5 azərbaycanlı yaşayır! Amma biz burdayıq"!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər