26 Avqust 2020 10:43
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avqustun 21-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib. İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb”.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bidirilib.

Qeyd edilib ki, növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək: “Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər