27 Avqust 2020 15:30
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in İdarə Heyəti yanında “COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.

TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, onlayn formatda keçirilən iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, Komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Akif Qurbanov və üzvlər iştirak edib.

İclasda koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar, COVID-19 pnevmoniyasının müalicəsində asetilsisteinin tətbiqi və sair mövzularda müzakirələr aparılıb.

Sonda Azərbaycanda COVID-19 vaksininin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.

Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq əmri ilə COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb.

Komitənin üzvləri aşağıdakılardır:

Həqiqət Qədirova - Elmi Tədqiqat Agciyər Xəstəliklər İnstitutunun direktoru, Tibb Elmləri Doktoru, Professor
Azər Kərimov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru, Professor
Nailə Rəhimova - K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru
Yavər Şıxəliyev - 1 saylı Vərəm Dispanserinin baş həkimi, Tibb Elmləri Doktoru, Professor
Emil İskəndərov - M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş elmi işçisi, Tibb Elmləri Doktoru
Arif Mehdiyev - AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun "İnteqrativ fəaliyyətinin molekulyar əsasları"laboratoriyasının rəhbəri, Biologiya Elmləri Doktoru
Yaqut Qarayeva - "Tibbi Ərəzi Bölmələrini İdarəetmə Birliyi"nin Tibbi statistika və etika şöbəsinin müdiri, Tibb üzrə Fəlsəfə Doktoru
Təranə Cavadova - Elmi Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru
Aynurə İsmayılova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru
Səadət Hüseynova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini (kiçik elmi işçi), Tibb üzrə Fəlsəfə Doktoru
Lalə Rüstəmova - V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya laboratoriyasının müdiri, Tibb üzrə Fəlsəfə Doktoru, dosent
Valeh Hüseynov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru, Tibb üzrə Fəlsəfə Doktoru
Qumral Ələkbərova - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Transfuziologiya üzrə direktor müavini, Tibb üzrə Fəlsəfə Doktoru
Fərrux Sədirov – TƏBİB-in cənub bölgəsinin koordinatoru, Həkim infeksionist
Vasif Əliyev - Müstəqil Ekspert, İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, Həkim infeksionist


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər