27 Avqust 2020 17:13
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində ilk yoluxma faktı qeydə alındıqdan sonra 3 martdan etibarən ölkə ərazisində təlim-tədris işləri dayandırıldı, dərslər onlayn qaydada keçirilməyə başladı.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev nazirliyin bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tədris ili başa çatdıqdan sonra tədrisin təşkili ilə bağlı əlaqədar qurumlarla müzakirələr aparılıb:

"Təhsil Nazirliyi və Təhsil İnstitutu bu müddətə beynəlxalq təcrübələri öyrəndi. Bu gün dünyada 60 ölkədə məktəblər açılıb, 39 ölkədə isə bununla bağlı ümumiyyətlə qərar yoxdur".

Nazir qeyd edib ki, pandemiya şəraitində hansı tədrisin daha rahat olması yox, ən az riskli olan təhsil növü haqqında fikirləşmək lazımdır: "Təhsil sistemi özündə bir neçə milyon insanın hərəkətini və ünsiyyətini ehtiva edir. Təhsil müəssisələrinin açılması virusun yayılmasına təsir edən faktor kimi nəzərə alınmalıdır. Biz də ən doğru qərarların qəbul olunması haqqında fikir mübadiləsi aparmışıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər