27 Avqust 2020 18:32
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil ocaqlarında şagird sayının təşkili ilə bağlı uyğun planlar hazırlanıb məktəblərə göndəriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib:

"Bu normalar müəyyənləşdirilir. Sinif otaqlarının həcminə görə şagird sayı təşkil olunacaq. Şagirdlərin dərsə getməsi növbəli şəkildə təşkil oluna bilər. Məsələn, sinfin bir qismi səhər növbəsində, digər qismi isə günorta növbəsində dərsə gedə bilər. Valideynlər övladlarının hansı günlərdə dərsə getməsini öyrənmək üçün məktəblərə müraciət edə bilərlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər