29 Avqust 2020 11:22
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya bütün dünyada davam etməkdədir və dünya ölkələrini nəzərə aldıqda son statistika ürəkaçan deyil.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycandakı hazırkı statistika normal qiymətləndirilir:

"Sərt karantin rejiminin yumşaldılması mərhələli şəkildə həyata keçirilir. Birdən yumşaldılma yoluxma sayının artıra bilər. Xalqımızın epidemiya ilə mübarizədə iştirakı burada xüsusi rol oynayır. Sıxlıq, təmas artdıqca, qorunmanı artırmalıyıq. Yalnız bu halda normal həyata qayıda bilərik.

Qarşıdan payız mövsümündə respirator xəstəliklərin artması gözlənilir. Lakin COVID-19-dan qorunma tədbirlərinə riayət etməklə digər xəstəliklərdən də qorunmaq mümkündür.

Qeyd edim ki, yaxın bir neçə ay ərzində ölkəyə qrip əleyhinə vaksinlər gətiriləcək. Bu vaksinlər mövsümü qripi məhdudlaşdırmağa kömək edəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər