29 Avqust 2020 12:03
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq bağçalarında sıxlığın qarşısının alınması üçün müvafiq metodiki göstərişlər hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, göstərişlər Təhsil Nazirliyi tərəfindən uşaq bağçalarına təqdim olunacaq.

Akif Qurbanov əlavə edib ki, məktəb yaşlı uşaqlarda koronavirus xəstəliyi asimptomatik və ya yüngül keçir: "Məktəbəqədər müəssisələrin açılmasında xüsusi qaydalar tətbiq olunacaq. Uşaqların bağçaya gediş-gəlişi könüllülük prinsipi əsasında olacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər