29 Avqust 2020 12:10
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası başlayandan bu günə qədər mübarizə prosesində polis orqanları fasiləsiz iş başında olublar.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Ələt postunda qanun pozuntuları varsa, bu barədə məlumatlar verilməlidir. Daxili İşlər Nazirliyi tərəfindən bütün bu kimi məqamlar araşdırılır. Hətta postda alternativ yol açmağa cəhd edənlər var idi ki, bunun qarşısı alındı. Hər birimiz bu qaydalara riayət etməliyik. Hər bir dövlət işçisi xalqın xidmətçisi olmalıdır. Qanun qarşımıza qoyulan öhdəlikdir".

Hikmət Hacıyev bildirib ki, Fransa aviaşirkəti tərəfindən Azərbaycanla uçuşların bərpası üçün müraciət edilib: "Bu onu göstərir ki, onlar ölkəmizdə koronavirusla mübarizəni yüksək qiymətləndirirlər. Bu məsələyə hazırda baxılır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər