Bu ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb.
Teleqraf.com-un Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz, digər xarici ölkələr üzrə isə 19,1 faiz bahalaşma müşahidə olunub.
Bu müddətdə avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik nəzərə çarpmayıb.
Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 6,0 faiz ucuzlaşıb.