1 Sentyabr 2020 11:56
3 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi "Xəzər" televiziyasının sözçüsü Aqşin Kamal işdən ayrılıb.

Aqşin Kamal Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “İşdən öz qərarım ilə ayrılmışam. Murad Dadaşov dedi ki, qalın və fəaliyyətinizə davam edin. Mən işdən uzun müddət əvvəl getmək istəyirdim. Amma qərarımı indi verdim. Başqa sahədə iş fəaliyyətimə davam edəcəm”.

***

11:25

Tanınmış teleaparıcı, "Xəzər" televiziyasının sözçüsü Aqşin Kamal işdən çıxıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə A.Kamal özü məlumat verib.

O, öz istəyilə işdən çıxdığını və fərqli bir sahədə fəaliyyətə başlayacağını bildirib.

Qeyd edək ki, A.Kamal 2012-ci ildən "Xəzər" TV-də çalışırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər