Dövlət İmtahan Mərkəzi SABAH qruplarına qəbul olmaq üçün avqustun 27-də keçirilən imtahanın nəticələrini elan edib.
Teleqraf.com xəbər verir ki, imtahan iştirakçıları Mərkəzin internet saytında topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahanda topladıqları bal haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.