2 Sentyabr 2020 16:52
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalı boşanma yolu ilə sərvət qazanan qadınların siyahısına diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, jurnalın rus nəşrinə görə, Rusiyada boşanma yolu ilə varlılar siyahısına daxil olan qadınların sayı 6-ya çatıb.

"Forbes"in boşanmaqla əli sərvətə çatan qadınların siyahısanda azərbaycanlı iş adamının adlarına da rast gəlmək olur. Siyahısındakı adları təqdim edirik:

Rus iş adamı Dmitri Rıbolovlevlə boşanan Yelena Rıbolovlevanın 600 milyon dollarlıq sərvəti var.

2007-ci ildə məşhur rus milyarderi Roman Abramoviçlə yollarını ayıran İrina Abramoviç 300 milyon dollarlıq sərvətə sahibdir.

İş adamı Oleq Deripaskanın keçmiş həyat yoldaşı Polina Yumaşevanın isə 250 milyon dollarlıq varidatı var.

Azərbaycanlı iş adamı Fərhad Əhmədov həyat yoldaşı Tatyana Əhmədova ilə boşanma mərhələsindədir. Jurnalın məlumatına görə, Tatyana Əhmədovanın adı boşanma iş yekunlaşandan sonra siyahıya daxil ediləcək.

Bundan əlavə, boşanma mərhələsində olan iş adamı Aleksandr Vaginin həyat yoldaşı İrina Vaginin və iş adamı Oleq Burlakovun həyat yoldaşı Lyudmila Burlakovanın da siyahıda yer alması gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər