Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi əməkdaşlarının iştirakı ilə Qala qəsəbəsindəki “Eko-Park” ərazisində növbəti iməcilik keçirilib.
ARDNŞ-in mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, iməcilikdə 150 ədəd Eldar şamı, müxtəlif növ gül kolları əkilib, 500-dən çox ağacın dibi yumşaldılıb, suvarma işləri aparılıb, dirəklər bərkidilib və sahə alaq otlarından təmizlənib.
İməcilik iştirakçıları ərazidə bir sıra abadlıq işləri apararaq əvvəlki illərdə əkilmiş ağaclara müvafiq aqrotexniki qulluq göstəriblər. Ekologiya İdarəsi tərəfindən silsilə iməciliklər növbəti həftələrdə də davam etdiriləcək.
Naibə