Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 QHT-nin rəhbəri ilə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, görüşü giriş sözü iləaçan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, insan hüquqlarının müdafiəsi QHT-lərin əsas fəaliyyət istiqamətlərindən biridir. Dövlətimiz üçün milli maraqlarımızın yerli və beynəlxalq səviyyədə qorunmasında vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakının təmin edilməsi, Ermənistanın 1 milyondan çox vətəndaşımızın fundamental hüquqlarını pozmasının dünya ictimaiyyətinə səmərəli şəkildə çatdırılması, mərkəzi və yerli icra qurumlarının fəaliyyətində şəffaflıq və aşkarlığın artırılması, ictimai nəzarətin gücləndirilməsi prioritet təşkil edir. Buna görə də Şura daima insan hüquqlarının qorunması, demokratik proseslərin dəstəklənməsi və araşdırma sahəsində fəaliyyət göstərən QHT-lərin təşəbbüs və layihələrini maliyyələşdirir.
Şura sədri Prezidentin köməkçisi Hikmət Hacıyevin qeyd olunan istiqamətdə ixtisaslaşmış QHT-lərlə bugünkü dialoqunun onların fəaliyyəti üçün əlavə stimul olacağına və müxtəlif formatlarda bu dialoqun bundan sonra da davam edəcəyinə inandığını bildirib.
Prezidentin köməkçisi Hikmət Hacıyev indiyədək QHT-lərlə keçirdiyi görüşlərdə 200-dən artıq təşkilatın iştirak etdiyini deyib. Hikmət Hacıyev QHT-hökumət dialoqunun ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun şəkildə qurulması üçün yeni yanaşmaların müəyyən edilməsi baxımından xüsusi önəm daşıdığını bildirib. H.Hacıyev bu dialoqun Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü olduğunu bildirib.
Hikmət Hacıyev insan hüquqlarının qorunmasının ümumbəşəri məsələ olmasına baxmayaraq bu sahədə çalışan bir sıra beynəlxalq qurumların Ermənistanın 30 ildən artıq müddətdə Azərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozması faktına ədalətli və qaneedici səviyyədə münasibət bildirmədiyini qeyd edib. Prezidentin köməkçisi insan hüquqları ilə bağlı selektiv deyil, obyektiv və qərəzsiz mövqe tutan yerli və beynəlxalq təşkilatlarla dialoqa hər zaman açıq olduğunu deyib.
Hikmət Hacıyev beyin mərkəzlərinin müəyyən dövlətlərin, regionun və dünyanın müxtəlif problemlərini tədqiq və təhlil edərək müvafiq təşkilatlara tövsiyələr verən əhəmiyyətli intellektual institutlar olduğunu vurğulayıb. Prezidentin köməkçisi Azərbaycan QHT-lərinin də bu istiqamət üzrə ixtisaslaşmasının və xarici həmkarları ilə beynəlxalq əməkdaşlığı genişləndirməsinin vacib olduğunu deyib.
Görüşdə “Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir Ibrahimli, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının koordinatoru Şəhla İsmayıl, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Paşayeva, "Tərəqqi və Demokratiya" İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyinin sədri Ceyhun Musaoğlu, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı, Elmi Tədqiqat "Qafqaz Tarixi Mərkəzi" İctimai Birliyinin sədri Rizvan Hüseynov, "Spektr" sosial-iqtisadi araşdırmalar və inkişaf İctimai Birliyinin sədri Ramil Abbasov, "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Müşviq Ələsgərli, "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri Elçin Mirzəbəyli, Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Anar Turan Əliyev, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin sədri Vüqar Zifəroğlu, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Vahidoğlu Kazımov, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin sədri Kamil Səlimov, "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyinin sədri Xanim Əhmədzade, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafail Becanov, "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri Səməd Vəkilov, Azyaşlıların hüquqi maariflənməsinə kömək İctimai Birliyinin sədri Nazlı Zeynalova, "Hüquqi Yardım" İctimai Birliyinin sədri İlqar Qasımov, "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri Taleh Aliyev, Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin sədri Mütəllim Rəhimli, "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin sədri Rafiq İsmayılov, "Qloballaşan Azərbaycan" Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Anar Əsədli, "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin sədri Mireli Huseynov, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vusala Huseynli, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri Zaur Qəriboğlu, "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asaf Quliyev, "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Elshad Memmedli, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cesaret Huseynzade, "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, Avrasiya Hüquqşünaslar Assosiasiyası İctimai Birliyinin sədri Cavid Hüseynli, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədri Aynur Camal, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoglan Ahmadov, "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyinin sədri İlham Əliyev, "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Nadir İsmayılov, Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin sədri Yadigar Mammadli, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elshad Eyvazli, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elmeddin Muradli, "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov, “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva, “Əks-Səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova, "İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyinin sədri Aynur Nesirova, "Dinc Dünya" Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Əlisafa Mehdiyev, "Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Cavid Şahverdiyev, Azərbaycan Ormitoloji Mərkəzinin sədri Elçin Sultanov, Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri Nəsrulla Nurullayev, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Hüquqi Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədri Ziya Quliyev, “İnternyus Azərbaycan” İctimai Birliyinin sədri İlham Səfərov, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu, "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin sədri Eldar Zeynalov, İctimai Yayım və Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Ələsgər Məmmədli və İnsan Haqları Klubu İctimai Birliyinin sədri Rəsul Cəfərov iştirak edib.
Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə belə geniş formatda başladığı dialoqun vacib olduğunu vurğulayaraq belə təşəbbüsün irəli sürülməsini təqdir etdiklərini bildiriblər. QHT rəhbərləri ictimai sektorun və bilavasitə fəaliyyət göstərdikləri sahədə mövcud vəziyyət haqqında danışaraq üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşıdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.
Məlumat üçün qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.