4 Sentyabr 2020 00:26
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstandan 281 nəfərin Azərbaycana təxliyəsi təşkil olunacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Həmin şəxslərin 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, biri Türkiyə, digəri isə Ukrayna vətəndaşıdır.

Bu gün onlar Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı test olunublar. Nəticələrin sabah səhər açıqlanacağı gözlənilir.

COVID-19 aşkarlanmayan şəxslər sabah səfirliyin təşkilatçılığı ilə 5 avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq.

Səfirlikdən qeyd olunub ki, Gürcüstan vətəndaşlarının Azərbaycana növbəti təxliyəsi sentyabrın 8-nə nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər