Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər. Qeyd olunub ki, həmin şəxslərdən 123-ü Azərbaycan vətəndaşıdır:
"Digər şəxslər isə Azərbaycanda yaşamaq hüququ olan əcnəbilərdir. Onlardan 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşıdır".
Qeyd edək ki, bu günə qədər Gürcüstandan Azərbaycana 2379 nəfər təxliyə edilib. Onlardan 1299-u Azərbaycan, 1037 nəfər Gürcüstan, 43 nəfər isə digər ölkə vətəndaşlarıdır.