Sumqayıtda üç gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.
O qeyd edib ki, 2010-cu il təvəllüdlü Yusif Davudzadənin meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan Su Anbarında tapılıb.