Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən Nərimanov rayonu ərazisindəki 5 mərtəbəli evi boşaldılır.
Teleqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda rayonun Murtuza Nağıyev 4-6 ünvanında yerləşən obyektdə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə əşyalar çıxarılıb məhəllədəki sığınaqa yerləşdirilir.
Ərazidə təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşları cəlb olunub.