AMEA prezidenti Ramiz Mehdiyevin həbs edilən kürəkəni İlham Əliyev və onun qudası Rövşən Mustafayev azadlığa çıxıblar.
Teleqraf.com xəbər verir ki, hər iki şəxs inzibati qaydada barələrində verilən 15 gün həbs cəzasını başa vurublar.
Sabiq deputat İlham Əliyev üzr istədiyini deyib və ağlayıb.
Eyni zamanda videoların yayılmasında Aysel Teymurzadəni ittiham edib və görüntülərin qərəzli olaraq yayıldığını iddia edib.
Qeyd edək ki, Abşeron rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə İlham Əliyev və Rövşən Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib.
Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.
Onlar karantin rejimi qaydalarını pozaraq toy etdiklərinə görə cəzalandırılıblar.