Yardımlı rayon ərazisində qədim tariximizə aid mühüm bir arxeoloji mənbə aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyası Urağaran kəndinin Bilgəh adlanan sahəsində tədqiqatlara başlayıb və ilkin rəyə görə, burda aşkarlanan tapıntılar ən azı 2000 əvvələ aiddir. Azərbaycan, xüsusən Yardımlı bölgəsi qədim tariximizə işıq salan belə abidələrlə zəngindir.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Yardımlı rayonunun Urağaran kəndi yaxınlığında arxeoloji qazıntılar aparılan yerə gedib və ekspedisiyanın işi ilə tanış olub.