7 Sentyabr 2020 12:08
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətin gücü hadisələri nəzarətdə saxlamaqla problemlərin öhdəsindən gəlmək qabiliyyəti ilə ölçülür. Pandemiyanın qara kabus kimi çökdüyü vaxtda Azərbaycan dövləti öz gücünü, qüdrətini göstərdi. Qazanılan uğurlar dövlətimiz öz dayanıqlığının qorunmasına imkan yaratdı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirb.

O vurğulayıb ki, pandemiya dönəmində 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına yardım üçün müraciət edib. Millət vəkili bu müraciətlər sırasında Azərbaycanın adının olmadığını bildirib:

“Azərbaycan heç bir mənbədən yardım almadan koronavirusla mübarizəni davam etdirir. Dövlətimiz vətəndaşların sağlamlığını, madi rifahını diqqətdə saxlayır. Ölkəmizdə koronavirusla mübarizə ən yüksək səviyyədə davam etdirilir. Atılan qabaqlayıcı addımlarla dövlətimiz virusu lokallaşdırmağa qismən nail ola bilib. Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan azsaylı ölkələrdəndir.

Hökumət pandemiyanın təsirlərinə qarşı 3,5 milyardlıq dəstək paketi qəbul etdi. Özəl sektorda çalışan 1,7 milyon nəfərə birbaşa maliyyə dəstəyi göstərildi. İqtisadiyyata dövlət dəstəyi ilə bağlı 10 proqram qəbul edildi. MDB məkanında və regionda ölkəmizdə olduğu həcmdə dəstək paketi icra edilməyib”.

Naqif Həmzəyev bildirib ki, karantin rejimi insanların sosial müdafiəsinin təmin olunmasını tələb edirdi: “Hökumət bu sınaqdan layiqincə çıxmağı bacardı. Sanitar-epidemioloji vəziyyət diqqətdə saxlanılmaqla karantin rejimi yumşaldıldı. Bu da iqtisadi fəallığın bərpasında mühüm rol oynayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər