7 Sentyabr 2020 10:13
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında Dövlət İmtahan Mərkəzinə (DİM-ə) məktub ünvanlayıb.

Ombudsman Aparatından Teleqraf.com-a verilən məlumata görə, müraciətdə koronovirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd olunub.

A bituriyentlərin Müvəkkilə müraciətini və bütün dünyada olduğu kimi ölkəmizdə də koronovirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsini, eyni zamanda cari ilin məzunlarının əvvəlki illərin abituriyentləri ilə müqayisədə daha gərgin psixoloji vəziyyətdə olmasını nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılmasımüsabiqə şərtlərinin və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər