Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ASAN Radio ilə birgə yeni layihəyə start verir.
İcmadan Teleqraf.com-a verilən məlumata görə, layihə “Qarabağnamə” adlanır.
Həftədə bir dəfə ASAN Radio 100 FM dalğasında efirə gedəcək “Qarabağnamə” Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beynəlxalq məsələlər şöbəsinin müdiri Aybəniz İsmayılovanın təqdimatında efirə gedəcək.
İcmanın ilk radio layihəsi olan “Qarabağnamə” Ermənistan tərəfindən məhv edilən tarixi, mədəni, dini irsimizin təbliği məsələlərini diqqətdə saxlayacaq. Rəngarəng rublikalarla dinləyicilərin görüşünə gələcək “Qarabağnamə” verlişində qaçqın və məcburi köçkünlərin qayğıları və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti ilə bağlı yenliklər də dinləyiçilərin diqqətinə təqdim ediləcək.