Müğənni Toğrul Həbibi koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bir neçə gün öncə müğənninin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə edildiyi və koma vəziyyətində olduğu qeyd edilmişdi.
Belə ki, ifaçının infeksiya səbəbindən ciyərlərinin 90 faizi fəaliyyətini dayandırmışdı. İfaçının yaxınları Toğrul Həbibinin EKMO cihazına qoşulması vacibliyini bildirmişdilər.
Qeyd edək ki, müğənni Moskvada daha çox tanınır.