9 Sentyabr 2020 16:25
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a bildirilib ki, ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıb.

Saxlanılan və ya həbs edilən olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər