9 Sentyabr 2020 17:37
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 9-na olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda xəstələrin 139-u reanimasiyadadır. 15 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 058 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 732 nəfərə, sağalanların sayı 35 119 nəfərə, vəfat edənlərin sayı isə 555 nəfərə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər