“Müəllimlərin distant təhsil verməsinə nəzarəti məktəb rəhbərliyi həyata keçirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.
B.Yaqublu həmçinin qeyd edib ki, nazirlik tərəfindən təlimatlar hazırlanır: “Şagirdlərin biliklərinin qiymətləndirilməsi prosesi olacağından müəllimlər daha diqqətli olmalıdır”.
"Yeni tədris ilində tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir", - deyə Şöbə müdiri bildirib.