11 Sentyabr 2020 17:31
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dərs ili başlananda şagirdlərin müəllimlərə gül dəstəsi aparmasına ehtiyac yoxdur”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müəllimlərə gül dəstəsinin aparılması ilə bağlı məsələ əslində qanunla tənzimlənmir: "Lakin bununla bağlı valideynlərə müraciət olunub. Biz valideynlərə müraciət edirik ki, güllərin gətirilməsi lazım deyil, bu, infeksiyaya səbəb ola bilər. İstəyirik ki, valideynlər də bizi başa düşsünlər. Çalışın hansısa formada uşaqlara dəstək olun”, - nazir müşaviri bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər