Bu ilin aprelində Çindən ABŞ-a qaçmış, Honkonq Universitetinin keçmiş əməkdaşı virusoloq Limen Yan yeni açıqlamalar verib.
Teleqraf.com-un məlumatına görə, öz komandasıyla koronavirus üzərində tədqiqat aparan xanım Limen Yan virusun bəşəriyyətə heyvanlardan yoluxmadığını, laboratoriyada hazırlanmış insan əməli olduğunu sübut edən dəllilər tədim edəcəyini deyib:
"Artıq tədqiqatımızı başa çatdırmışıq. Yaxın zamanlarda dünyaya açıqlayacağıq".
Qeyd dək ki, Limen Yan bir müddət əvvəl "Foks Nyus"a açıqlamasında COVID-19-u insanlıq tarixində ən böyük infeksiya hadisəsi adlandırmışdı: "Bu baxımdan çox zamanımız yoxdur, gecikmişik. Onun qarşısını vaxtında alsaq, bəşəriyyətin həyatını xilas edərik. Zaman çox önəmlidir".