Tofiq Yaqubluya sistem köçürülür, hazırda yuxudadır. Bu sistem qida tərkibli deyil. Uzun müddət su içməyib deyə, indi susuzluğun fəsadlarını aradan qaldırmağa çalışılır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Tofiq Yaqublunun qızı Nigar Həzi qeyd edib.
O bildirib ki, professor Adil Qeybulla ilə daim əlaqə saxlayır.
Qeyd edək ki, 11 gündür təcridxanada aclıq edən Tofiq Yaqublu ötən gün “Siti Hospital”a köçürülüb. O, professor Adil Qeybullanın nəzarəti altındadır.
A.Qeybulla T.Yaqublunun müalicəsini mülki xəstəxanada davam etdirməsinə şərait yaratdığı üçün aidiyyəti qurumlara təşəkkür edib.