Azərbaycanın Gürcüstandakı səfirliyi daha 350 nəfərin ölkəmizə təxliyəsini həyata keçirəcək. Onların 97-si Azərbaycan vətəndaşı, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşı olan azərbaycanlılar və ölkəmizdə daimi yaşamaq hüququ olan şəxslərdir.
Teleqraf.com xəbər verir ki, təxliyə olunacaq şəxslər sentyabrın 13-də Gürcüstandakı klinikaların birində koronavirusla bağlı test veriblər. Testlərin cavabı 24 saat ərzində məlum olacaq. Test cavabı neqativ olan şəxslər səfirlikdən COVID-19 arayışı alacaqlar. Sənəd 48 saat ərzində qüvvədə olacaq.
Təxliyə olunan şəxslər sentyabrın 14-də səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək səfirlik 2 mindən çox azərbaycanlının Gürcüstandan təxliyəsini həyata keçirib.