13 Sentyabr 2020 17:04
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz məktəblərdə müəllimin dərs dediyi saatlarların azaldılması hesabına vakant yer yarada bilmərik.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hansısa məktəbdə müəllimdən bu və ya digər səbəbdən işdən ayrılırsa, bu, həmin məktəbdə vakant yerin yaranması demək deyil: “Biz yalnız vakant yerlərin sayına deyil, müəllimlərin əməkhaqqısı məsələsinə də baxmalıyıq. Çünki bizim iki əsas məqsədimiz var. Bir məqsədimiz bacarıqlı, istedadlı gənc müəllimləri işə cəlb etməkdirsə, digər məqsədimiz müəllimlik peşəsində işləyən insanların əməkhaqqısının yüksək olmasıdır. Bu iki məsələ arasında çox ciddi əlaqə var. Belə ki, müəllimin əməkhaqqı onun dərs dediyi saatlara bağlıdır. Bu saatların azaldılması hesabına biz vakant yer yarada bilmərik. Çünki bu halda biz həm özümüzə, həm də cəmiyyətə yanlış mesajlar vermiş olarıq”.

E.Əmrullayev bildirib ki, bu mənada hər hansı məktəbdə müəllim işdən ayrılırsa, bu məktəb üzrə təhlillər aparılır, həmin dərs saatının bölgüsü məsələsinə baxılır. Bu haldan sonra vakansiyanın olub-olmaması ilə bağlı qərar verilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər