Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yeni yeraltı piyada keçidinin tikintisi başa çatmaq üzrədir.
Teleqraf.com-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, uzunluğu 88 olan keçiddə son tamamlanma işləri aparılır. Hazırda keçidin tavan hissəsi rənglənir, işıqlandırma sistemi və məhəccərlər quraşdırılır.
Keçid iki giriş-çıxışdan ibarət olacaq. Tikinti işlərinin oktyabrın sonunadək yekunlaşdırılması nəzərdə tutulur