Bu gün azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun məhkəməsi baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Palmali Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fidan Quliyeva açıqlama verib
Onun sözlərinə görə, M.Mənsimovun azadlığa buraxılmasıyla bağlı vəsatət təmin olunmayıb.
Hakim dekabra kimi istintaqın davam etdirilməsinə qərar verib.
Əlavə dəlillərin toplanılması və sənədlərin təqdim edilməsi üçün Mübariz Mənsimovun məhkəməsi dekabrın 9-na qədər təxirə salınıb.