Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisindəki təbii sututarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Teleqraf.com-un məlumatına görə, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
“Araşdırma zamanı qanun pozucusunun Bəhrəmtəpə qəsəbə sakini Ramal Mirzəyev olduğu məlum olub və ondan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb.
Faktla bağlı R.Mirzəyev barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub”.