16 Sentyabr 2020 14:35
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonundan olan Aprel şəhidlərinin övladları himayəyə götürülüb.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O vurğulayıb ki, şəhid övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciəti müsbət cavablandırılıb:

“2016-cı il Aprel döyüşlərində şəhid olan Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar. Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər