İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlər portalının (emdk.gov.az) fəaliyyəti bu gecə saat 00:00-dan 22 sentyabr saat 12:00-a kimi müvəqqəti dayandırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Xidmətin vətəndaşlara müraciətində bildirilir.
Məlumata görə, fasiləyə səbəb saytda aparılacaq texniki işlərdir. Bu müddət ərzində elektron xidmətlərdən istifadə məqsədəuyğun deyil.